Ramiz Mehdiyev yeni partiya yaradır? 

18:01 - 11 Sentyabr
    3525 oxunma

"Ramiz Mehdiyev ya yeni partiya yaradacaq, ya da öncədən yaratdığı partiyalardan birinin rəhbəri olaraq siyasi fəaliyyətini davam etdirəcək". Bizimxeber.az bildirir ki, belə bir mövzuda söhbət artıq Azərbaycan Milli Elmlər Akademiyasının daxilində fəaliyyət göstərən İnstutlarda müzakirə edilməkdədir. 

Məluamata görə, artır AMEA-da az qala hər kəs bu barədə danışır və alimlərin Ramiz Mehdiyev ətrafında birləşə bilməsi ehtimallarını müzakirə edirlər. Bu barədə artıq sosial şəbəkələrdə də müxtəlif məlumatlar da dolaşmaqdadır. 

Son günlər Ramiz Mehdiyevin nəvəsinin toyu fonunda baş verən olaylar və müzakirələr, Mehdiyevin geri çəkilməməsi onun "davam edirəm" mesajı anlamını yaradıb. Barəsində səslənən ittihamları qəbul etməyən, bir addım belə geri çəkilməyən, hər kəsə məqalələri ilə cavab verən Mehdiyev bu addımları ilə Rusiyadakı dayaqlarından dəstək almasını göstərmiş olur.

Elə isə nə baş verir?

Ramiz Mehdiyev partiya yaradacaqsa, yaxud öncədən yaratdığı hansısa partiyanın başında oturacaqsa nələr baş verə bilər? Onun ətrafında kimlər birləşəcək? Böyük ziyalı ordusu onu dəstəkləyəcəkmi? Yaxud bu günə qədər qoruduğu, vurulduqları zaman Mehdiyev dəstəyini görmüş, hətta AMEA-da işlə təmin edilmiş şəxslər birincini dəstəkləyəcəkmi? 

Ümumiyyətlə, sabiq məmurların süqutundan sonra xalqın onlara inam varmı?

Sabiq Səhiyyə naziri Əli İnsanovun həbsdən çıxması, hətta partiya yaratması və sairə hallar gös qarşısındadır. Azərbaycanda belə tendensiyaların şahidi olmuşuq. Hansı ki, bu gün Əli İnsanovun partiyası sadəcə kağız üzərində olana oxşayır. Ciddi fəaliyyəti hiss olunmur. Bu partiyalar daha çox onların özlərini qorumaq üçün yaradılana oxşayır. İndi isə Ramiz Mehdiyevin belə bir siyasi iradı nümayiş etdirərək "X" partiyanın başına keçməsi nələri dəyişəcək? 

Ümumiyyətlə, Ramiz Mehdiyev nə istəyir? Nəvəsinin toyu fonunda ona qarşı olan münasibətin acığınımı çıxır, yoxsa burda elə öncədən hansısa siyası detallarmı var idi? 

Görünən odur ki, bu gedişlə AMEA-nın bir qrum olaraq ləğvi gündımdədir ki, bu zaman Mehdiyev kənarda qalmış olacaq. Yəni onu işdən çıxartmayacaqlar, rəhbəri olduğunu AMEA-nı ləğv edəcəklər. Bununla da onun partiya fəaliyyəti start götürəcək.

Bizimxeber.az

 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84