Ramin Bayramlıdan yeni təyinat

17:50 - 30 İyul
    2815 oxunma

Elmi Tədqiqat İnstitutuna direktor təyin olunub.  TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Tibb elmləri doktoru, professor Allahverdiyev Adil Məhəmmədəli oğlu bu vəzifəyə gətirilib.

 Yeni direktor bu gün kollektivə təqdim edilib. Qeyd edək ki, A.Allahverdiyev Türkiyə Parazitologiya və Tropik xəstəliklər şurasının fəxri üzvü, 2019-cu ilin sentyabr ayından etibarən isə Türkiyə Səhiyyə Nazirliyi və Biotexnologiya İnstitutunun himayəsi altında Peyvənd Elmi Şurasının üzvü seçilib və indiyə kimi fəaliyyətini davam etdirir. O, müxtəlif ölkələrin (Amerika, Türkiyə, Rusiya və s.) elmi cəmiyyətlərinin, o cümlədən Türkiyə parazitoloqlar Cəmiyyətinin fəxri üzvüdür.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84