Rafael Cəbrayılov 1000 manat cərimələndi - Növbəti mərhələ həbsdir

12:40 - 03 Fevral
    7880 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Keçmiş deputat Rafael Cəbrayılov 1000 manat cərimələnib. Yanvarın 25-də Abşreon Rayon Məhkəməsində Rafael Cəbrayılovun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə dair iddiaya baxılıb. Məhkəmə keçmiş deputatı 1000 manat cərimələməklə yanaşı, ona icra tələbini yerinə yetirmək üçün 20 gün möhlət verib.

Məlumatda deyilir ki, Rafael Cəbrayılovun borclu olduğu şəxslərdən Təranə Fətəliyeva, Məlahət Qurbanova və Xatirə Nəcəfova məhkəmə çəkişməsində qalib gəlib. Təranə Fətəliyeva hətta Ali Məhkəmə mərhələsini də keçib. Məhkəmə qərarları icraya yönəldilsə də, Rafael Cəbrayılov borclarını qaytarmaq istəmir.

Bildirilir ki, keçmiş deputat 20 gün ərzində borclarını qaytarmasa, məsuliyyətə cəlb olunacaq. Rafael Cəbrayılovun Təranə Fətəliyeva, Məlahət Qurbanova və Xatirə Nəcəfovaya üst-üstə 1 milyon manatdan çox borcu var. Lakin keçmiş deputatın borcları bununla bitmir. O, daha 5 nəfərdən toplam olaraq 700 000 manatdan bir az artıq borc alıb. Həmin şəxslər də məhkəməyə, eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84