Rafael Ağayev: "Gələcəkdə "Survivor"dan təklif gəlsə düşünərəm"

12:46 - 12 İyul
    10380 oxunma

"Gələcəkdə "Survivor"dan təklif gəlsə, düşünərəm".

Bu fikirləri Azərbaycan millisinin karateçisi Rafael Ağayev "Instagram" səhifəsində canlı yayımda izləyicilərdən birinin sualını cavablandırarkən deyib.

Titullu idmançı bildirib ki, indiki halda şou-biznesə keçməyi planlaşdırmır: "Pərviz Abdullayev karyerasını başa vururdu deyə ora gedib çıxdı. Çox ağıllı hərəkət etdi. Amma mənim hələ ki, şou-biznesə keçmək fikrim yoxdur. Məni düzgün başa düşün. Bu, Pərvizə söz atmaq deyil. Çünki onunla tonla çörək kəsmişəm, yoldaşlıq edirəm".

Ağayev daha çox karyerasını düşündüyünü söyləyib: "Mənim olimpiya medalım yoxdur. Ona əlim dəyməyib, bu mükafata acam. Bu gün əsas istəyim həmin medalı qazanmaqdır. Amma karyeramın sonunda təklif olsa, iştirak edərəm. Bundan başqa, Azərbaycan və ya xaricdəm yaxşı film təklifi alsam, gedərəm. Çünki özümü orada görür, hiss edirəm". /report


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84