Qusarın Aşağı Tahircal kənd əhalisinin sosial problemləri - İcra başçısı hara baxır?

11:22 - 23 İyun
    1570 oxunma

Qusar rayonu, Aşaği Tahircal kənd sakinləri və 1956-cı ildə anadan olmuş, ali təhsilli, 3 övlad atası, 2-ci grup əlil Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu ölkə prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 

Bizimxeber.az-ın elektron ünvanına göndərilən müraciətidə deyilir:

Cənab Prezident!

Qusar rayonun Aşağı Tahircan kəndi Samur çayın yaxınlığında olsa da, kənd əhalisi içməli və suvarma suyu ilə təmin olunmamışdır. Kənd əhalisi içməli suyu antisanitariya vəziyyətdə olan arxdan götürərək istifadə etmək məcburiyyətində qalmaqdadır. Ata-babalarımız Aşağı Tahircal kəndinə Yuxarı Zeyxur kəndi ərazisindən kənd camaatının içməli və suvarma suyu ilə təmin edilməsi məqsədilə, primitiv üsullarla balaca bir torpaq arx çəkməklə, kənd əhalisininin suya olan tələbatını qismən ödənilməsinə müvəffəq olmuşdu. Həmin vaxt kənddə 50-yə yaxın təsərrüfat mövcud olmuş, hal-hazırda isə kəndimizdə 400-ə yaxın fərdi təsərrüfat mövcuddur. Kənd əhalisinin artması əhalinin içməli və suvarma suyuna olan tələbatını bir daha artırmışdır. 

Kənd camaatı dəfələrlə kənd bələdiyyəsinə, Qusar rayon icra hakimiyyətinə müraciət edilsə də, hal-hazıra qədər kənd camaatının müraciətlərinə müsbət cavab verilməmiş, kənd əhalisi içməli və suvarma suyu ilə təmin edilməmişdir. Samur kənd bələdiyyəsinin maliyyə cəhətdən çətinlik çəkdiyinə görə həmin arxın yenidən qurulmasına imkanı olmamışdır.

Aşağı tahircal kəndinə çəkilmiş 5000 metrəyə yaxın olan arxın yenidən ( dəmir- beton konstruksiyalı ) tikilməsinə ehtiyac var. Kənd camaatı həmin arxın yenidən tikilməsinə müəyyən qədər şəxsi vəsait toplasa da, həmin arxın tam tikilib istifadə verilməsinə çətinlik çəkirlər.

Qusar rayonun Aşağı Tahircal kəndində demək olar ki, vəziyyət çox acınacaqlıdır. Aşağı Tahircal kəndinin problemlərindən biri də, kənd yollarının bərbad və ibtidai məktəbin olmamasıdır. Aşağı Tahircal və İgid oba kənd camaatı istidə, yağışda-palçıqda, qışın soyuq günlərində, azyaşlı uşaqlarını təxminən 4 km yolu piyada qət edərək, Samur qəsəbəsindəki tam orta məktəbə gətirmək məcburiyyətindədirlər. Aşağı Tahircal və İgid oba kəndlərinə yaxın ərazı müəyyən edilməklə, kənd camaatı ilə razılaşdırılmaqla, həmin ərazidə modul tipli müasir ibtidai məktəbin tikintisinə böyük ehtiyac duyulur.

Qusar rayon seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyim irəli sürülməklə,namizədliyim qeydiyyata alınaraq, seçkilərdə iştirak etməyimə baxmayaraq, naməlum səbəblərdən Milli Məclisə deputat seçilməmişəm. Seçkiqabağı Aşağı Tahircal kənd camaatı ilə seçicilərimlə görüşərkən, Milli Məclisə deputat seçilərəmsə, kənd əhalisinin yuxarıda qeyd etdiyim, camaatın ehtiyacı olan bir neçə sosial problemin həll edəcəyimə kişi kimi söz vermişdim. Deputat seçilməsəm də, kənd camaatının içməli su ilə təminatı ( dəmir -beton konstruksiyalı arxın tikintisi üçün ) ilə əlaqədar kənd əhalisinin köməyi ilə vəsait yığılmaqla həmin arxın müəyyən hissəsinin tikintisi ilə məşğul olacağıma qarşıma məqsəd qoymuşam.

Arzu edirəm ki, Azərbaycan Respublikasının Hörmətli prezdenti İlham Əliyev cənabları və Azərbaycan Respublikasının 1-ci Vitse Prezdenti Mehriban xanım Əliyeva Qusar rayonun Aşağı Tahircal kənd camaatının müraciətini araşdıraraq, aidiyyatı Dövlət organlarına sərəncam verərək, tez bir zamanda Azərbaycan Respublikaının Rusiya Federasiyası ilə həmsərhədd olan, Şimal qapısı sayılan, Qusar rayonun Aşağı Tahircal kənd camaattının sosial problemlərini həll edərək Bizi sevindirəcəkdir. 

Müraciətin surəti Qusar RİHB-sı Şair Alxasova, Melorasiya və Su Təsərrüfatı ASC-in sədri Əhməd Əhmədzadəyə və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov cənablarına göndərilib.

Qusar rayonun Aşağı Tahircal kənd əhalisi adından Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84