Qusar sakini niyə YAP-a üzv ola bilmir? - ŞİKAYƏT

13:46 - 03 İyul
    2815 oxunma

"Qusar rayon icra başçısı Şair Alxasov Yeni Azərbaycan Partiya Qusar təşkilatının sədri Davi İbrahimxəlilova qanunsuz şifahi tapşırıq verməklə mənim YAP-a üzv qəbul edilməyimə maneçilik törədir". Bu barədə Bizimxeber.az-a Qusar şəhər sakini Ağamirzəyev Hacımirə Ağamirzə oğlu müraciət ünvanlayıb.

Rayon sakininin ölkə başçısı cənab İlham Əliyevə göndərdiyi müraciəti təqdim edirik!

Yeni Azərbaycan Partiyasının sədri hörmətli,
İlham Əliyev cənablarına!

Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 3 övlad atası Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən müraciət.

04 Fevral 2020-ci il tarixdə Yeni Azərbaycan partiyasının Qusar İ.Ə.N - in ilk partiya təşkilatına YAP üzvlüyünə qəbul edilməsi xahişi ilə rəsmi ərizə ilə müraciət etmişəm. Əfsuslar olsun ki, naməlum səbəblərdən 5 ay ərzində müxtəlif əsaslar göstərilməklə, "YAP üzvlüyünə qəbul edilməsi qaydalarının 2-3 ay çəkməsi, yaşlı insanların partiya üzvlüyünə qəbul edilməsi məqsədəuyğun sayılmadığı, hazırda partiya üzvlüyünə qəbulun dayandırıldığı" kimi bir- birindən fərqli açıqlamalar verilməklə, YAP üzvlüyünə qəbul edilməsi barədə Qusar İ.Ə.N-nə yazdığım ərizə YAP Qusar təşkilatının sədri David İbrahimxəlilov cənabları tərəfindən 01.07.2020-ci il tarixdə mənə geri qaytarılmışdır.

Yeni Azərbaycan Partiyası Qusar təşkilatının sədri David İbrahimxəlilov tərəfindən ilk partiya təşkilatına yazdığım ərizə heç bir tutarlı səbəb olmadan mənə geri qaytarıldığı üçün çox məyus oldum.

Hesab edirəm ki, Qusar rayon icra başçısı Şair Alxasov yenə də, Yeni Azərbaycan Partiyasının Qusar  partiya təşkilatının sədri David İbrahimxəlilova əsassız tapşırıq verərək, mənim YAP üzvlüyünə qəbul edilməsinə maneçilik törədir.

Mən, YAP-nın üzvü olmasam da, indiyədək, hazırda da, YAP-nın siyasətini hər an bəyənərək, daima dəstəkləyən, Azərbaycan Respublikasının hörmətli prezdenti İlham Əliyev cənablarının iqtisadi, siyası islahatlarını bəyənərək təbliğ edən ictimai dəstək grupunun fəal üzvlərindən biriyəm.

1992-1993-cü illərdə, qanunvericilik tələblərini pozmadan, fərdi evin tikintisi üçün Qusar rayonun Samur qəsəbəsi ərazisində mənə ayrılmış 0,10 ha torpaq sahədə, külli miqdarda vəsait xərcləməklə 5 otaqlı yaşayış evi, 2 otaqlı hamam binası, 2 otaqlı yardımçı bina tikmişdim.

02.06.2010-cu il tarixdə həmin yaşayış evim, məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, kompensasiya ödənilmədən, heç bir əsas-səbəb olmadan, Qusar RİHB-sı Şair Alxasov cənablarının şifahi tapşırığı əsasında, Qusar RİHB-nın 1-ci müavini Şahid Fərəməzov, İH-in sabiq əməkdaşları Elşad Əlimuradov, Nadirşah Məmmədov, Mahir Mustafayevin rəhbərliyi il ekskavatorla sökülərək, bütün əmlakım qəsdən məhv edilməklə, evimdəki 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaradılmaqla cinayət tərkibli hərəkət edilmişdir.

Qusar RİHB-sı Şair Alxasovdan kompensasiya tələb etdikdə isə, o, öz nüfuzundan, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, vəzifə səlahiyyətlərini aşmaqla, Qusar rayonun sabiq prokuroru Zahid Vəliyev cənablarına qanunsuz tapşırıq verərək, süni ittihamlar toplamaqla, məni əsassız olaraq Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə təqsirləndirərək, cinayət işi başlayaraq yekunlaşdırmaqla, həmin qanunsuz cinayət işinin materiallarını Qusar rayon məhkəməsinə göndərmişdir.

3 il ərzində Qusar rayon məhkəməsində yüzlərlə lüzumsuz məhkəmə baxışları aparıldıqdan sonra, Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli hökmü ilə, cinayət hadisəsi olmaması əsası ilə mənə bəraət verilmiş, həmin hökm yuxarı instansiya məhkəmələrin müvafiq qərarları ilə öz qüvvəsində saxlanılmaqla, təhqiqat, ibtidai istintaq, prokurorluq, məhkəmə orqanlarının qanunsuz hərəkətlərinə görə mövcud qanunvericiliyə əsasən, mənə əsassız olaraq vurulmuş madd-mənəvi zərərə görə, Azərbaycan Respublikasının Dövlət Büdcəsindən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə mənə 1700 manat vəsait təzminat şəklində ödənilmişdir. 

Yuxarıda qeyd etdiklərimə əsaslanaraq iddia edirəm ki, Qusar RİHB-sı Şair Alxasov cənabları mənim YAP üzvlüyünə qəbul edilməsinə maneçilik törətməklə, Yeni Azərbaycan Partiyası Qusar partiya təşkilatının sədri David İbrahimxəlilov cənablarına əsassız şifahi tapşırıq verməklə, tərəfimdən 04.02.2020-ci il tarixdəYAP Qusar ilk partiya təşkilatına yazdığım ərizmi 01.07.2020-ci il tarixdə, 5 ay keçdikdən sonra əsassız olaraq mənə qaytarmışdır.

Hörmətli YAP-nın sədri İlham Əliyev cənabları!

Xahiş edirəm ki, müraciətimin araşdırılmasına sərəncam verilməklə, ərizəmin geri qaytarılmasına əsasların olub-olmamasını müəyyən edilməsi üçün aidiyyatı üzrə tapşırıq verəsiniz.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84