"Rahat Market"də 2 manat 50 qəpiyə spirt satılır - Azərbaycan istehsalıdır... FOTOLAR 

22:21 - 26 Mart
    51597 oxunma

Bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib. İçlasda koronavirusla mübarizə çərçivəsində aparılan işlər, yaxın günlər üçün planlaşdırılan ciddi işlər badərə ətraflı müzakirələr aparılıb. Müşavirə zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov da bildirib ki, ölkədə əsas problem ola spirt və maska məsələsi yaxın günlərdə aradan qaldırılacaq. Artıq Azərbaycanda maska və spirt istehsalına başlanıb.

Həmçinin ölkə ərazisində az sayda maska tapılsa da, ciddi spirt problemi yaşanmır. Apteklərdə 70 qəpiyə 100 ml-lik (95 %), 5 manat 60 qəiyə 1 litrlik spirt məhlulu satılır.

Bölgələrdə müəyyən problemlər mövcuddur ki, bu da yaxın günlərdə həll olunacaq. Amma bu gün bəzi şəsxlər yaranmış çətin vəziyyətdən istifadə edib baha qiymətə spirt satışını həyata keçirirlər. Bu gün "Rahat Market" şəbəkələrində 2,50 AZN-ə spirt satışı həyata keçirilir. Apteklərdə 60-70 qəpiyə olan 100 ml-lik spirtlər necə olur ki, "Rahat Market"də 2 manat 50 qəpiyə satılır. 

Bizimxeber.az əməkdaşının apaqrdığı araşdırmaya görə, "Rahat Market"lərdə satılan bu spirtl Azəebaycan istehsalıdır. "Kristall Plus" QSC-nin istehsalı olan bu spirtlər "Azfar Processing" MMC şirkəti tərəfindən qablaşdırılıb. Spirt 95 %-lik, 100 ml-lik qablarda satılır.

Elə isə maraqlıdır, Azərbaycan istehsalı olan bu spirtlər niyə 2 manat 50 qəpiyə satılır?

Aidiyyatı qurumların mövqeyini öyrənməyə çalışacağıq!


Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
 
  [email protected] 
  [email protected]

  Mobil və Whatsapp  -  (077) 611-44-00