“Quli”nin əsas rəqibi çətin durumda: Antaliyada kriminal toplantı

12:00 - 04 İyul
    10930 oxunma

Azərbaycanlı “oğru” Nadir Səlifovun  (“Lotu Quli”) kriminal dünyadakı təsir imkanlarını azaltmaq istəyən gürcü əsilli “oğru” Zaxari Kalaşov (“Şakro Molodoy”) çətin duruma düşüb. 

Bizimxeber.az Rusiya KİV-lərinə istinadən məlumat verir ki, Türkiyənin Antalya şəhərində “Şakro Molodoy”un əleyhinə toplantı keçirilib. Toplantıda Merab Canqveladzenin liderlik etdiyi Suxumi klanının üzvləri olan kriminal avtoritetlər iştirak edib. “Sxodka”da  suxumili “oğru” Daur Qubliyanın (“Duka”) əsassız  ittihamlarla döyülməsi və kriminal dünyanın ali titulundan məhrum edilməsində Zaxari Kalaşovun hansı rol oynadığı əsas müzakirə mövzusu olub. 

Ekspertlər hesab edir ki, bu məsələ Zaxari Kalaşov üçün ciddi başağrısına çevrilə bilər. Məsələ burasındadır ki, Daur Qubliyanın “vurulması”  “Şakro Molodoy”un qatıldığı “sxodka”da olub. “Duka” həmin toplantıda onu hərbi əməliyyatlarda iştirakda ittiham edən, buna sübut olaraq iki hərbçini şahid gətirən Besik Couna və onun şahidlərinə sərt cavab verib. Qarşı tərəf isə ona hücum edərək “oğru”ya xəsarət yetiriblər. Sonradan isə “Şakro Molodoy”un təlimatı ilə o ali tituldan məhrum edilib.

2017-ci ildə Daur Qubliya titulunu geri qaytara bilib. Bu mövzunun yenidən gündəmə gəlməsi isə Zaxari Kalaşova yaxın olduğu deyilən “oğru” Quram Çixladze ilə bağlı insident olub. 

Söhbət bir neçə il əvvəl Çixladzenin İstanbulda qazaxlı kriminal avtoritet Arman Cumagəldiyev (“Arman Dikiy”) tərəfindən vurulmasından gedir. Cumagəldiyev Nadir Səlifova yaxın şəxsdir. Həmin insident də “Lotu Quli”nin gözü qarşısında baş verib. Nadir Səlifova dərhal məsələyə müdaxilə edib və Arman Cumagəldiyevə vurduğu şəxsin “oğru” titulu daşıdığını bildirib. Bu hadisədən sonra Nadir Səlifovun “oğru” titulundan məhrum edilməsinə cəhdlər olasa da, bu baş tutmayıb. Nadir Səlifov ittiham edilirdi ki,o, “oğru”nun vurduğuna görə Arman Cumagəldiyevi cəzalandırmayıb. Bununla bağlı keçirilən “sxodka”da isə aydın olub ki, Quram Çixladze insidentdən əvvəl Arman Cumagəldiyevlə təmasda olub. Həmin vaxt o özünü kommersant kimi təqdim.

Beləliklə, Arman Cumagəldiyev Çixladzenin “oğru” titulu daşımasından xəbərsiz olub. Sonradan kommersant kimi tanıdığı bu şəxsin “Lotu Quli” ilə saymazyana danışmağa cəhd etdiyini görüb və “oğru”ya qarşı bu davranışın yolverilməz olması prinsipindən çıxış edərək Çixladzeyə yumruq zərbəsi vuraraq ona yerini göstərib. Bu əsaslandırma ilə məsələyə nöqtə qoyulub. Yəni, Nadir Səlifova qarşı ittihamların əsassız olması qənaətinə gəlinib. Eyni zamanda Quram Çixladze və bu məsələdə ona dəstək verənlərin “oğru” titulu şübhə altına alınıb. 

O zaman bu məsələlərin arxasında “Şakro Molodoy”un dayandığı deyilirdi. 

İndi Daur Qubliyanın məsələsində Zaxari Kalaşova qarşı əsas ittiham onun gözü qarşısında “oğru”nun döyülməsidir. Özü də hərbçilər tərəfindən. Bu kifayət qədər ciddi ittihamdır. Nəzərə alsaq ki, Merab Canqveladze ilə Nadir Səlifovun münasibətləri yaxşıdır, o zaman “Lotu Quli”nin də bu məsələdə öz sözünü deyəcəyi gözləniləndir. Nadir Səlifov kriminal qaydalara ciddi riayət edən nüfuzlu “oğru” kimi tanınır. Bu məsələdə isə “Şakro Molodoy” haqsız görünür. Çünki Çixladzenin döyülməsinə mənfi münasibət sərgiləyən Zaxari Kalaşovun  Daur Qubliyana qarşı zorakı davranışa, özü də hərbçilər tərəfindən törədilən zorakılığa susması oğru ideyası ilə ziddiyyət təşkil edir. 

Bəzi ehtimallara görə artıq Zaxari Kalaşovun Rusiyadakı liderliyinə son qoymaq qərarına gəlinib. Bu mülahizə azərbaycanlı “oğru”, Nadir Səlifovla aralarında ziddiyyət olan Əli Heydərovun  (“Albert Rıjıy”) azadlığa buraxılmasından sonra daha çox yayılmağa başlayıb. /Yenisabah.az/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84