Qubada nə baş verir? - Girişdə postlar quruldu + Fotolar

22:43 - 19 Sentyabr
    8460 oxunma

Qubanın Dəlləkli kəndində yanğınlar baş verib. Buna görə kəndin girişində postlar qurulub. Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin 4 yerində yanğın olub.  Kənd sakinlərinə məxsus tayaları və tövlələri yandırıblar. Gün ərzində 4 ayrı yerdə yanğınlar baş verib.

Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının qəsdən törədilməsi güman edilir. Məsələni polis araşdırır. Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev də baş çəkib.

FHN-nin Quba Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını tez bir zamanda söndürə bilib. Kəndə polis nəzarət edir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84