.
.

Quantanamo həbxsanasının məxfi bölməsi bağlandı

15:22 - 05 Aprel
    9080 oxunma


Quantanamo həbsxanasının məxfi bölməsi təhlükəli cinayətkarlar üçün bağlandı, məhbusları isə başqa bloka köçürüldü.

Bizimxeber.az bildirir ki, bu barədə NBC xəbər ABŞ Silahlı Qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb. 

"7-ci məxfi bölmənin dustaqları qonşu 5-ci düşərgəyə köçürülüblər. Köcürmə təhlükəsiz və insidentsiz baş verib. Məlumata görə, 7-ci düşərgədə təxminən 14 nəfər olub.  Ümumilikdə Quantanamo həbsxanasında 40 məhbus cəza çəkir.

Qeyd edək ki, 7-ci cəza düşərgəsi 2006-cı ildə açılıb və əvvəllər MKİ-nin təcridxanalarında saxlanılan," qara yer" adlandırılan məhbusların saxlanılması üçün nəzərdə tutulub.

Həbsxana rəsmiləri uzun illər 7-ci düşərgənin varlığını gizlədiblər, jurnalistlərə isə bu hissəyə girmək qadağan olunub.

Qeyd olunur ki, bu düşərgə daimi olaraq bağlanmayıb və təmir və təhlükəsizliyin gücləndirməsi işləri həyata keçirilir. 

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84