Qroznının mərkəzində atışma - Video

16:51 - 28 Dekabr
    1970 oxunma

Çeçenistanın paytaxtı Qroznı şəhərinin mərkəzində atışma baş verib. 

“Mash” teleqram kanalının məlumatına görə, atışma Mira küçəsi yaxınlığındakı kəsişmədə olub. Şəhər sakinləri atışma səslərini eşitdikdən sonra hadisə yerinə toplaşaraq iki nəfərin yerdə uzandığını görüblər. Bundan sonra polis əməkdaşları vətəndaşları hadisə yerindən uzaqlaşdırıb.

İlkin məlumata görə, atışma polis əməkdaşlarına hücum olunması ilə başlayıb. Bıçaqla polisin üzərinə hücum edən cinayətkarlar polisin xidməti silahlarını ələ keçirməyə çalışıb, lakin hüquq- mühafizə əməkdaşları tərəfindən zərərsizləşdiriliblər.

Hadisə yerində araşdırma aparılır.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84