Qoşqar Təhməzli ən yaxın adamını Aparat rəhbəri təyin etdi

14:02 - 13 Yanvar
    1880 oxunma

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin əmri ilə Agentlik sədrinin müşaviri Elxan Mikayılov qurumun Aparat rəhbəri təyin edilib.

Bizimxeber.az bildirir ki, E.Mikayılov Azərbaycan Dövlət İqtisad Universitetində Standartlaşdırma və Sertifikasiya üzrə bakalavr və magistr, İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Ümumi iqtisadiyyat üzrə doktorantura təhsili alıb, iqtisad üzrə fəlsəfə doktorudur.

O, əmək fəaliyyətinə 2007-ci ildə başlayıb, bir sıra beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə yerli qrup rəhbəri, biznes məsləhətçisi vəzifələrində çalışıb. 2015-2016-cı illərdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO) və İsveçrənin Azərbaycandakı səfirliyində İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.

E. Mikayılov 2016-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri, 2018-ci ilin may ayından Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri vəzifəsində çalışıb.

Bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 1 övladı var.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84