.
.

Qoruğu icarəyə götürüb ərəblərə ova çıxardan iş adamı kimdir? — DOSYE

21:35 - 26 Mart
    21320 oxunma


Xəbər verdiyimiz kimi, bu gün Dövlət EkolojiTəhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mətbuata verdiyi açıqlmada bildirib ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər.

Bizimxeber.az xəbər verir ki, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin 2018-ci ildə açıqladığı məlumatda Acınohur düzənliyinin bəzi ərazilərinin əkin məqsədləri üçün istifadə edilməsi üçün “Aqroinkişaf-2017” MMC-yə ayrıldığı qeyd olunub. Açıqlanan məlumatda “Aqroinkişaf-2017” MMC-nin icarəyə götürdüyü 7500 hektar ərazidə ceyranların həyatı üçün  təhlükə yarandığı və bu səbəbdən şirkətə xəbərdarlıq olunduğu bildirilib.

Məlumat üçün bildirək ki, “Aqroinkişaf-2017” MMC 07.02.2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Nobel pr. Ev 36-da yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıxov Ruslan Oqtay oğludur.

Onu da qeyd edək ki, Sadıxov Ruslan Oqtay oğlu eyni zamanda 2007-ci ildə təsis olunan ADEC MMC-nin (Azərbaycan İnkişaf Şirkəti) qanuni təmsilçisidir. Nizamnamı kapitalı 1 000 000 manat olan ADEC MMC Bakıda inşa olunan “Ağ şəhər” layihəsinin icracısıdır.(yeniavaz.com)

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84