“Qırmızı kitab”a düşən quşu ovladı - həbs edildi - VİDEO

16:32 - 07 Aprel
    40715 oxunma

Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi ilə Qızılağac Milli Parkının əməkdaşları tərəfindən “Qırmızı kitab”a düşən quşu ovlayan şəxs saxlanılıb. 

Baku.Tv xəbər verir ki, Masallı rayonu Qədirli kəndindəki Qızılağac Milli Parkının xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonasında olan Böyük körfəz su sahəsində qanunsuz ov edən həmin kəndin sakini, 52 yaşlı Çingiz Əmiraslanov tutulub.

Yoxlama zamanı ondan taxta qayıq, avar, qoşalüləli, sənədi olmayan, nömrəsiz bir ov silahı və həmin silahla qanunsuz ovladığı bir qaşqaldaq, iki ördək və “Qırmızı kitab”a düşmüş bir sultan toyuğu quşları aşkar edilərək, maddi sübut kimi götürülüb. Təbiətə dəymiş maddi ziyanın məbləği 1039 manat 50 qəpik müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84