. .

Qırğızıstanla Tacikistan arasındakı bölgəyə xüsusi status veriləcək

12:18 - 04 May
    1926 oxunma

Yaxın gələcəkdə Qırğızıstanın Tacikistanla silahlı sərhəd qarşıdurmasının baş verdiyi Batken vilayətinə xüsusi status veriləcək. TASS bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

“Müvafiq qərar mənim tərəfimdən imzalanıb və parlamentə baxılması üçün göndərilib. Qəbul edilən kimi Batken bölgəsi vergi güzəştləri daxil olmaqla xüsusi status alacaq”, - respublikanın Baş naziri Ulukbek Maripov bölgəyə səfəri zamanı açıqlayıb.

Maripov bölgə sakinlərinin qarşıdurma zamanı dağılmış evlərinin dövlət hesabına bərpa ediləcəyinə də söz verib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84