Qırğızıstanın Baş prokuroru istefaya göndərildi

15:15 - 21 Oktyabr
    6930 oxunma

Qırğızıstan parlamenti Otkurbek Camşitovun respublikanın Baş prokuroru vəzifəsindən erkən azad edilməsinə səs verib. Bizimxeber.az xəbər verir ki, bu barədə “TASS” agentliyinin Qırğızıstan parlamentindəki müxbiri məlumat yayıb. Bildirilib ki, Camşitov vaxtından əvvəl və öz xahişi ilə vəzifəsindən azad edilib.

Xatırladaq ki, Qırğızıstanda 4 oktyabr seçkilərindən sonra parlamentə girə bilməyən partiyaların nümayəndələri Bişkekdə etirazlara başlayıb. Baş Nazir Kubatbek Boronov və parlament sədri Dastanbek Cumabekov istefa verib. Mərkəzi Seçki Komissiyası seçki nəticələrini etibarsız sayaraq dekabrın 20-nə təkrar parlament seçkilərinin keçirilməsinə qərar verib.

15 oktyabrda isə Prezident Sooronbay Jeenbekov istefa edib, bununla dövlət başçısının səlahiyyətləri Sadır Japarova keçib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84