Qırğızıstan prezidentinə qarşı impiçment preseduru başladı

08:48 - 08 Oktyabr
    1070 oxunma

Qırğızıstan parlamenti Prezident Sooronbay Jeenbekovun impiçment prosedurunu başladıb. Bu barədə "RİA Novosti”yə müxalif "Ata-Meken” partiyasından olan deputat Kanıbek İmanəliyev məlumat verib.

"Deputatların bir qismi impiçmenti imzalayıblar. Bu, çox mürəkkəb prosedurdur, amma onun başladığını demək olar”, - o deyib. Buna qədər Bişkekdə parlament seçkilərinin nəticələri ilə razılaşmayan etiraz aksiyasının iştirakçıları Qırğızıstan Prezidentinin impiçmentini tələb etmişdi.

Qeyd edək ki, ölkədə davam edən etiraz aksiyaları fonunda artıq Baş Nazir, parlament spikeri, dörd vilayətin qubernatoru, Bişkek meri və bir sıra digər məmurlar istefa verib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84