. .

Qırğızıstan prezidenti yeni konstitusiyanı təsdiqləyəcək

12:19 - 04 May
    1684 oxunma

Qırğızıstan prezidenti Sadır Japarov 5 mayda referendumla qəbul edilmiş yeni konstitusiya layihəsini imzalayacaq. 

Bizimxeber.az bildirir ki, bu barədə Prezident Administrasiyasının informasiya siyasəti şöbəsindən məlumat verilib. 

Açıqlamada deyilir ki, prezident sabah bu il 11 aprel tarixində keçirilən referendumda (xalq səsverməsi) qəbul edilmiş Qırğızıstan Respublikasının yeni Konstitusiyasını imzalayacaq və ölkə xalqına  müraciət ünvanlayacaq".

Məlumata görə, tədbirdə bütün hökumət üzvləri, parlament deputatları, məhkəmə hakimiyyəti, ictimai xadimlər, sıravi insanlar da iştirak edəcəklər.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84