Qəhrəman əsgərlərimiz azad olunan torpaqlarda - Video

17:37 - 02 Oktyabr
    1035 oxunma

Azərbaycan Televiziyası bu gün – 2 oktyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Ermənistan işğalından azad etdiyi torpaqlardan görüntülər yayımlayıb.

Müxbir Anar Şuşalının hazırladığı reportajda döyüş əməliyyatlarında iştirak edən hərbçilərimizdən müsahibə yer alıb. Döyüşdən çıxmış əsgərlər ailələrinə salam göndəriblər. Onlar orduda böyük ruh yüksəkliyinin hökm sürdüyünü qeyd ediblər. Qeyd edək ki, oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib.

Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub.  

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84