Qəbul imtahanları nə zaman keçiriləcək? - Video

23:23 - 14 Aprel
    7799 oxunma

Koronavirus pandemiyası ilə əlaqədər təhsil müəssisələrinin fəaliyyətinin bir müddətlik dayandırılması abituriyentlərdə xeyli suallar yaradıb.

Bizimxeber.az  xəbər verir ki, Dövlət İmtahan Mərkəzi imtahanlarla bağlı konkret planın necə və nədən ibarət olduğunu açıqlamayıb. Bu isə abituriyentlərdə narahatlıq yaradır.

"Xəzər Xəbər” məsələyə Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadənin münasibətini öyrənib.

Xanlar Xanlarzadə qeyd edib ki, karantinlə bağlı təxirə salınan imtahanlar, ali təhsil müəssisələrinə sənəd qəbulu və gələcəkdə keçirilməli olan imtahanların tarixləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun müəyyən ediləcək. O, bu günlərdə evdə qalan abituriyentlərə bəzi tövsiyələr də verib.

Təhsil eksperti Kamran Əliyev isə hesab edir ki, əslində aidiyyatı qurumlar hazırki vəziyyətdən çıxmaqla bağlı indiyə qədər planlar hazırlamalı idilər. Aprel ayının 20-dən etibarən artıq abituriyentlərin ərizə qəbuluna başlanılmalı, qəbul imtahanları elektron qaydada keçirilməli idi.

Ekspert bildirir ki, koronavirusla mübarizə aparan ölkələr, o cümlədən qonşu Türkiyə dövləti də bu təcrübədən istifadə edir və imtahanları elektron qaydada həyata keçirəcək.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84