Qazaxıstanda 6 istiqamətdə aviareyslər bərpa olunacaq

03:36 - 30 Aprel
    1180 oxunma

Qazaxıstanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi tədricən yumşaldılır. Mayın 4-dən etibarən Nur-Sultan və Almatıdan Qızılorda, Öskemen, Semey və Petropavlovsk şəhərlərinə uçuşlar bərpa olunur.

Qazaxıstan aviaşirkətləri artıq beynəlxalq reyslərə də bilet satışı həyata keçirirlər. Uçuşdan əvvəl bütün sərnişinlər üçün COVID-19 testindən arayış almaq lazımdır. Uçuşlar yüksək sanitar təhlükəsizlik tədbirləri şəraitində yerinə yetiriləcəkdir.

Xatırladaq ki, Qazaxıstanda COVID-19 pandemiyası səbəbindən fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar ölkədə bütün növ sərnişin daşımalarına məhdudiyyət qoyulmuşdu.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84