Qaz istehlakından nə görünür?

13:09 - 27 Yanvar
    8160 oxunma

2019-ci il mayın 1-dən Azərbaycanda təbii qazın bir kubmetri əhaliyə 2200 kubmetrədək olan hissə üçün 10 qəpiyə, 2200 kubmetrdən çox hissə üçün 20 qəpiyə satılır.

Bizimxeber.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev “Azəriqaz” İstehsalat Birliyinə istinadla yazır ki, 2020-ci ildə 2200 kubmetrlik qaz limitini 588 min abonent keçib: “Əhali üzrə abonentlərin ümumi sayının 2 milyon 230 min olduğunu nəzərə alsaq, hər 4 abonentdən 3-ü aşağı limitlə qaz istehlak edir.

Kommunal istehlakın səviyyəsi əhalinin maddi durumunu qiymətləndirmək üçün etibarlı göstəricilərdən biridir. Bir qayda olaraq kiçik mənzillərdəki ev təsərrüfatlarının istehlakı az olur. Mənzilin kiçik olması da aşağı gəlirə işarədir. Az istehlak edən digər qrup kasıblıq ucbatından qənaətə məcbur olanlardır. Yəni hətta böyük mənzili olanlar qənaət rejimini həyat tərzinə çevirirlər. Hər iki qrup aşağı gəlirli əhalini təmsil edir.

Aşağı istehlak yüksək gəlirli qruplarda da olur: zəngin evlərdə elektriklə qızdırmaya üstünlük verilir, təbii qazdan yalnız mətbəxdə istifadə edilir. Yaxud mənzil yüksək səviyyədə izolyasiya materiallarından istifadə edilərək tikildiyi üçün qaza tələbat çox olmur”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84