"Qaydaları özü pozur, başqasından qanun tələb edir"- "İnstagram"da kimlər hansı əməllə məşğuldur?

18:09 - 05 Fevral
    14400 oxunma

Son vaxtlar sosial şəbəkələrdə, əsasən "İntagram"da insanların şəxsi həyatına və əmlakına aid, həmçinin doğru olmayan şəxsi məlumatların içtimailəşdirilməsi və  müzakirəsinin şahidi oluruq.  Artıq rəsmi qurumlar hərəkətə keçib və bu əməllərin sahibləri cəzalandırılmaqdadır. Son bir neçə gündə təxribat xarakterli məlumatlar yayan şəxslərin cəzalandırılmasının şahidiyik. 

Əlinə telefon alan istənilən şəxs şəxsi həyata, əmlaka aid olan faktların çəkilməsini, paylaşmasını həyata keçirə bilməz. Hər hansı bir xoşagəlməz hal baş verdiyi halda, içtimai qınaq kimi qiymətləndirilə bilər.

Əsasən "İnstagram"da rast gəlinən belə məlumatları yayanların kimliyini araşdırdıqda olduqca maraql faktlar ortaya çıxır. Kimdir bu şəxslər və nədən təxribatla məşğuldurlar? Bu suallara zatən dövlət qurumları aydınlıq gətitir, cəzalandırır.

Ötən gün "İnstagram"da olan "patrul.az" adlı səhifənin paylaşdığı bir videoya nəzər salaq.

Sözügedən videoda olan görütnülərdə "Yol Hərəkəti Haqqında" qanunun heç bir tələbi pozulmur. Sürücü bütün qaydalara əməl edir. Videoda qeyd olunur ki, avtomobildə 2019-cu ildən tranzit nömrə mövcuddur. Həmçinin videonu çəkən şəxs qeyd edir ki, bu avtomobili DYP əməkdaları görmürü? 

Əvvəla bir video ilə hər gün sistemli iş qrafiki həyata keçirən DYP əməkdaşlarının fəaliyyətini sual altına almaq olmaz. DYP əməkdaşları 24 saat ərzində vətəndaşların xidmətindədir və yəqin ki, onlar bu avtomobili sən gördüyündən də yaxşı görür. Elə isə nədən saxlamır? Biz hardan bilək ki, hər tranzit nömrə ilə sürülən avtomobil qanunsuzluq edir? Ümumiyyətlə, bu nə yanaşmadır?

Demək ki, ya burda qanunun heç bir tələbi pozulmayıb, ya da avtomobilin bu formada idarə olunması üçün hər hansı bir sənəd var. Üstəlik, tranzit nömrə ilə sürülən bu kimi avtomobillərin qeydiyyat müddəti mövcuddur və bu müddəti keçməyə görə cərimə ödənilir. Bu kimi məlumatların yayılması, "DYP bunu görmürmü?" demək, onların fəaliyyətinə kölgə salmaqdan başqa bir şey deyil.

Daha bir maraqlı məsələ bu videoların hansı məqsədlə və kimlər tərəfindən yayılmasıdır. Səhifəyə baxdıqda bu şəxslərin kim olduğu və nə istədikləri aydın görünür. Bir daha qeyd edək ki, şəxsi həyata və əmlaka müdaxilə qanunlar məsuliyyət daşıyır.

Üstəlik adama sual edərlər ki, sən avtomobil idarə edərkən nədən əlində telefon video çəkilişi həyata keçirirsən? Bu qanunun tələblərinin pozulması deyilmi? Axı bu əməlinlə sən də qanunu pozursan. Hansı ki, o tranzit nömrə ilə idarə olunan avtomobil qanunların tələblərinə əməl edir. Bütün bunlar göstərir ki, bu şəxslər içtimai qınaq fəaliyyəti ilə deyil, başqa əməllərlə məşğuldurlar. Bu hal da yenə məsuliyyət yaradır. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84