“Qars 2021 Qış Tədbiqatı”ndan görüntülər - FOTOLAR

15:49 - 11 Fevral
    10480 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

“Qars 2021 Qış Tətbiqatı”nın "Hörmətli Müşahidəçi Günü"nə Milli Müdafiə Naziri Hulusi Akar və Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov da qatılıb. 

Bizimxeber.az Türkiyənin TRT kanalına istinadən xəbər verir ki, Milli Müdafiə Naziri Hulusi Akar və Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovla yanaşı Baş Qərargah rəisi General Yaşar Güler, Quru Qoşunları Komandanı General Ümit Dündar, Dəniz Qüvvələri Komandiri Admiral Adnan Özbal və Hava Qüvvələri Komandiri General Həsən Küçükakyüz "Hörmətli Müşahidəçi Günü" nə qatılmaq üçün birgə tətbiqat sahəsinə gəlib.

 

2021 Qış Məşqinin "Hörmətli Müşahidəçi Günü"nə start verilib

İlk olaraq Baş Komandanlıq Mərkəzinə gələn Akar və Həsənov, təlim haqqında məlumatlandırıldılar. Analiz Qrupu rəhbərinin təlimin vəziyyət xülasəsi ilə bağlı verdiyi brifinqdən sonra Akar və Həsənov yeni nəsil bölmələri araşdırdılar.

 

Çörəyi böldülər

Səhra çörək bişirilmə bölməsində hazırlanan çörəklərdən birini bölüb Həsənova və komandirlərə təqdim edən Akar, yerli və milli istehsal olan zirehli təcili yardım maşınlarını da araşdırıblar.

 

Akar və Həsənov daha sonra Qarda və Şiddətli Soyuqda Döyüş maneələr zolağına gəliblər. Komando bölməsinin qış avadanlığı ilə oxuduğu “Komando Andını” dinləyən Akar və Həsənov, yürüşdən sonra "Allah Türk komandosunu qorusun" deyiblər.

Fotoğraf: AA

Komando birliyinin avadanlıqlarını da araşdıran Akar və Həsənov, Təbii Fəlakətlərin Axtarış Qurtarma Taburu üçün təqdimatı izləyiblər.

Dərin qarda və şiddətli soyuqda sığınacaq quran bölmələri ziyarət edən Akar və Həsənov sığınacağa girərək müayinələr aparıblar.

 

Fotoğraf: AA

Daha sonra Akar, Həsənov və digər komandirlər 1 saylı müşahidə məntəqəsinə gələrək bu bölgədəki hava hücumu əməliyyatını izləyiblər.

Fotoğraf: AA

Türkiyə-Azərbaycan bayraqları motivində olan  tibbi maskalar Zakir Həsənovun diqqətini çəkib.

 

Bizimxeber.az
 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84