.
.

Qardaşını öldürən qıza 9 il cəza

17:52 - 19 İyul
    12705 oxunma


Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Ülkər Ələkbərovanın cinayət işi üzrə məhkəməsi başa çatıb. Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ü. Ələkbərova 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 12-də saat 14 radələrində Ağdaş rayonunda baş verib.

Xosrov kənd sakini 1987-ci il təvəllüdlü Umarov Xancan Əmirxan oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin bacısı 1996-cı il təvəllüdlü Ələkbərova Ülkər Əmirxan qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Xancan Umarovu qəsdən öldürməsi məlum olub. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84