“Qarabağ”ın daha 5 futbolçusu koronavirusa yoluxdu

14:06 - 05 Dekabr
    6550 oxunma

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın XII turunun "Qəbələ" ilə matçının hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib. 

Daha 5 oyunçunun nəticəsi müsbət çıxıb. Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb. Daha öncə virusa yoluxmuş Mahir Emreli və Abbas Hüseynov müalicələrini davam etdirir.

Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev isə müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84