Firdovsi Umudovun 9 yaşlı qızı Azərbaycan hərbiçilərini təbrik etdi - VİDEO

17:42 - 10 Dekabr
    3290 oxunma


DSX-nın zabiti, polkovnik-leytenant, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun qızı Ayşən Umudova 44 günlük vətən müharibəsindən qalib ayrılan Azərbaycan ordusunu mahnı ilə təbrik edib. 

Balaca qızın Azərbaycan ordusunu təbrik etdiyi videogörüntüləri  F.Umudov özünün “Facebook” hesabında paylaşıb.

“44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi də ölkəmizin qələbəsini təmin edən mühüm amillərdən oldu.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”, - F.Umudovun paylaşımında bildirilib. 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84