Qarabağ qazisinin oğlu ölüm ayağında - Ana ölkə başçısından kömək istədi - VİDEO

13:08 - 21 Sentyabr
    1035 oxunma

Bərdənin Böyük Qəcər kənd sakini Şəmilova Fazilə Əkbər qızı mətbuat vasitəsilə ölkə rəhbərliyinə, xeyriyyəçi insanlara, iş adamlarına ürəkparçalayan müraciət ünvanlayıb. 

Hit.Az xəbər verir ki, Prezident İlham Əliyevdən, I vitse-prezident Mehriban Əliyevadan imdad diləyən F.Şəmilova video müraciətində qeyd edib ki, oğlu, 1989-cu il təvəllüdlü Şəmilov Babək Zöhrab oğlu qara ciyər serrozudur və cavan balasını əməliyyat etdirməyə maddi imkanı yoxdur. Ümidi hər yerdən üzülən, əlində-ovcunda qalan qara qəpiyini də oğlunun müalicəsinə xərcləyən ana prezident və xanımından yardım istəyib.

Onun sözlərinə görə, övladı Babək Şəmilov Bakı 2 saylı peşə litseyini oxuyub, sonra Dövlət Dəmiryolu Litseyində təhsilini davam etdirib. Övladının subay olduğunu bildirən ana bildirib ki, ona ciyər serrozu diaqnozu qoyulub və qara ciyər köçürülməlidir. F.Şəmilovanın sözlərinə görə, oğlunun donoru da var, yaxın qohumdur: "Mərkəzi klinikanın həkimi Mircəlal Kazımi bizə dedi ki, ciyər köçürülməsi üçün əməliyyat xərci 45 000 manatdır. 

Bizim isə həmin pulu keçirməyə imkanımız yoxdur. Babəkin atası Qarabağ müharibəsi veteranı, ikinci qrup əlildir.  Bu günə qədər uşağın müayinə və müalicəsinə borc xərclə 10 000 manat xərcləmişik. Təəssüf ki, əməliyyat xərci olan 45 000 manat vəsaiti köçürməyə imkan qalmayıb. Mən mətbuat vasitəsilə prezidentimizdən, xanım Mehriban Əliyevadan, imkanlı vətənpərvər oğullarımızdan, gücü çatan hər bir şəxsdən xahiş edirəm, yalvarıram, oğlumun yaşaması üçün istənilən məbləği köçürməyə köməklik göstərsinlər. 

Xüsusən də dövlət başçımıza, Mehriban xanıma üz tuturam, 45 min manat əməliyyat xərcində köməklik etsinlər. Bizim dövlətimizdən, onun rəhbərlərindən başqa heç kəsə ümidimiz qalmayıb. Mən cavan balamın ayağa qalxmasını istəyirəm, onun toyunu eləmək arzumdur. Bu günə qədər müalicəsinə 10 min manatımız gedib, amma nəticəsi olmayıb. 

Həkim Mircəlal Kazımi deyir ki, qara ciyər köçürülməlidir. Donorumuz da hazırdır, gözləyir. Sadəcə, o vəsait yoxdur ki, uşağı xilas edək”.

Əlaqə nömrəsi: 050 676 22 99

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84