“Qarabağ probleminin həllində Rusiya ilə çalışmağa hazırıq” - Çavuşoğlu

20:24 - 06 Oktyabr
    885 oxunma

Türkiyə Qarabağ probleminin həlli ilə bağlı Rusiya ilə çalışmağa hazırdır, münaqişənin fundamental həllə ehtiyacı var. 

Bizimxeber.az bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "TRT Haber"ə müsahibəsində deyib. O bu məsələdə Ankara və Moskvanın ortaq çalışmasına ehtiyac olduğunu bildirib. 

"Hər kəs həqiqətin tərəfində olmalıdır. İşğalçı da var, işğalın qurbanı da var. Ədalət Azərbaycanın tərəfindədir. Ölkələr, o cümlədən Rusiya ədalətin tərəfində olmalıdır. Rusiya Minsk qrupunun üzvüdür və həm Azərbaycanla, həm də Ermənistanla əlaqələri var. Bu prosesdə Rusiya böyük töhfəsinə ehtiyac var. Rusiyanın bu münaqişənin həllinə bu günə qədər nə qədər sərmayə qoyduğunu hamı bilir.

Biz bu məsələyə daha çox töhfə vermək istəyirik və Rusiya ilə işləməyə hazırıq. Bölgənin təhlükəsizliyi üçün bu məsələnin köklü həlli vacibdir, bu səbəbdən əməkdaşlığımıza ehtiyac var”,-deyə Çavuşoğlu qeyd edib. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84