“Qarabağ işğaldan azad olunana qədər mübarizə davam edəcək” - Ərdoğan

11:47 - 03 Oktyabr
    1210 oxunma

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Dağlıq Qarabağda gedən hərbi əməliyyatlardan danışıb. 

"Anadolu" agentliyi xəbər verir ki, o, Azərbaycan qoşunlarının bir çox əraziləri azad etdiyini və mübarizəsini sona qədər davam etdirəcəyini bildirib: "Ermənistan Dağlıq Qarabağ məsələsi həll olunmamış yenidən Azərbaycan torpaqlarına göz dikdi. Onlar digər ərazilərə atəş açmağa başladı. Lakin bu dəfə fərqli mənzərə ilə qarşılaşdı və bunu gözləmirdi.

Qardaş Azərbaycan dövləti həm ərazilərini qorumaq, həm də işğaldakı torpaqları azad etmək üçün geniş hərbi əməliyyatlara başladı. Bu ana qədər onlar bir çox əraziləri işğaldan azad edib. Türkiyə olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. İnşallah, Qarabağ işğaldan azad olunana qədər bu mübarizə davam edəcək”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84