. .

"Qarabağ ərazilərinin qaytarılması üçün hər şeyi edəcətik" - Qriqoryandan səfeh açıqlama

15:43 - 23 Aprel
    9686 oxunma

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "RİA Novosti"yə verdiyi müsahibədə maraqlı detallar açıqlayıb.

Bizimxeber.az bildirir ki, o, Moskva səfəri öncəsi verdiyi müsahibədə Azərbaycanla hansı şərtlər altında sülh müqaviləsi bağlandığını, İrəvanın Qarabağdakı əraziləri necə qaytaracağını və Ermənistanın necə güclü bir ordu qurmaq istədiyi barədə sualları cavablandırıb. Ən əsası Qarabağ ərazilərinin qaytarılması üçün hər şeyi edəcəklərini söyləyib. 

Armen Qriqoryan deyib ki, Rusiya Federasiyasının sülhməramlı qüvvələri bölgədə təsirli fəaliyyət göstərirlər.

"Hazırda Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə sülh qorunur. Sülhməramlıların daha çox qalma müddətinin uzadılması məsələsi mandatın bitməsinə yaxın daha ətraflı müzakirə edilə bilər, lakin bu anda Azərbaycan bölgədə sülhməramlılar olmadan sabitliyin mümkün olduğuna dair heç bir əlamət göstərmir" deyə o bildirib. 

"Zəngəzur və İrəvanı Azərbaycanın tarixi torpaqları adlandıran və Zəngəzur dəhlizinin inşası məsələsini erməni tərəfi könüllü şəkildə etməkdən imtina edərsə, güclə həll edəcəyik deyən Azərbaycan Prezidenti İlham Əliyevin açıqlamalarını İrəvan necə qiymətləndirir?" sualına Qriqoryanın cavabı tarixi əsas olmadığı üçün Azərbaycan prezidentinin Zəngəzurla bağlı açıqlamasını atəşkəs bəyanatının mahiyyətinə zidd olması ilə əlqələndirə bilib.

"Qarabağdakı hadisəni kimləri məğlubiyyət kimi qiymətləndirirsiniz?

İtirilmiş yerinizi nə vaxtsa bərpa edəcəyinizi düşünürsünüzmü?" sualına - "mənim prinsipial mövqeyim müharibəni bir qaçış yarışı kimi deyil, bir marafon kimi qiymətləndirməkdir. Yəni inanıram ki, qırx dörd gün adlanan müharibənin onilliklər keçmişi var. Bu baxımdan nəticələri qiymətləndirmək üçün ətraflı bir araşdırma aparmaq lazımdır. İnanıram ki, ərazilərin diplomatik yollarla qaytarılması üçün əlimizdən gələni edəcəyik". 

Silahlanma ilə bağlı sualı da cavablandıran Qriqoryan, Ermənistan Silahlı Qüvvələrində islahatların Rusiyanın köməyi ilə aparılacağını deyib: "Əminik ki, Rusiyanın köməyi ilə bu yolu keçib güclü bir erməni ordusu quracağıq. Silahlarla əlaqədar olaraq qeyd etmək istərdim ki, ən yaxşı silahları alacağıq və bu sahədə hansı ölkənin lider olduğunu bilirsiniz. Eyni zamanda, Ermənistanın hərbi-sənaye kompleksini daha da fəal şəkildə inkişaf etdirməyi planlaşdırırıq".

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84