“Vətən yaxşıdır” mahnısının “Xudayar təsnifi” adlandırılacaq - VİDEO

22:29 - 09 Dekabr
    8270 oxunma


Xalq artisti Əlibaba Məmmədov müəllifi olduğu “Vətən yaxşıdır” nəğməsinin “Xudayar təsnifi” adlandırılmasına xeyir-dua verib.

Bu barədə xanəndə “ATV Səhər” verilişində danışıb. O bildirib ki, nur üzlü şəhidimiz Xudayar Yusifzadənin xatirəsinə ehtiram əlaməti olaraq nəğmənin adının dəyişdirilməsinə razıdır: “O adam qanı və canı ilə bizə qulluq edib. Mahnının 60 yaşı var, Allah ona rəhmət eləsin, gözəl insandır, gözəl də oxuyub”.

Xalq artisti Mənsum İbrahimov da qeyd edib ki, bu, qəhrəman şəhidin adının əbədiləşdirilməsi üçün gözəl fikirdir. Qeyd edək ki, mahnının sözləri qəzəlxan Əliağa Vahidə aiddir.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84