Qanunu pozan 25 aptek məhkəməlik olub

12:00 - 17 Fevral
    8520 oxunma


Loading...

“Ötən il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 30 aptekdə yoxlamalar aparılıb”.

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn konfransda məlumat verib. 

O bildirib ki, 25 aptekdə qanun pozuntusu aşkarlanıb: “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən apteklərdə dərman vasitələrinin qiymətləri ilə bağlı monitorinqlər aparılıb, istehsalçı və idxalçılarla görüşlər keçirilib. Dərmanlar tənzimlənən qiymətlərlə aparılır, bundan kənara çıxan apteklərlə bağlı 25 iş üzrə məhkəməyə müraciət olunub”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84