Qanunsuz fəaliyyət göstərən şirkətlər dövlətə 100 min manatlarla ziyan vurur - FAKTLAR

10:52 - 10 Avqust
    3485 oxunma

Prezident İlham Əliyev  - "güclü istisadiyyat formalaşmalıdır, vergidaxilolmalarına ciddi nəzarət olunmalıdır, hər bir şirkət və ya fərdi sahibkar vergi ödəyicisinə çevrilməlidir, qara iqtisadiyyata son qoyulmalıdır" dediyi və tələb etdiyi zamanda Gömrükdə yenidən hansınsısa xoşagəlməz halların baş verməsi ilə ötən günlərdə bəzi məlumatlar təqdim etmişdik.

Son vaxtlar gömrükdə adı olub, rəsmi fəaliyyəti olmayan, vergi ödəməyən, heç bir DSMF ödəmələri həyata keçirilməyən şirkətlərin peyda olması ilə bağlı Bizimxeber.az-ın elektron ünvanına daxil olan məlumatlarda qeyd olunurdu ki, bu "şirkətlər"in malları gömrükdə asanlıqla rəsmiləşir və dövriyyəyə buraxılır. Həmin şirkətlər bu malların ölkəyə idxalına görə, heç bir rəsmi vergi ödəməsi həyata keçirmir, işçisi yoxdur, DSMF-yə ödəniş etmir və sairə.

O zaman bu prosses kimlərin nəzarəti altında və kimlərin marağına uyğun həyata həyata keçirilir? Araşdırmamız zamanı bəlli oldu ki, pandemiya dövründə ölkə iqtisadiyyatının gücləndirilməsi üçün vergidaxilolmalarına nəzarət etməli olan qurum -  Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədovun bu qanunsuz şirkətlərin fəaliyyətinə nəzarəti demək olar ki, yoxdur. Bakı və Sumqayıt gömrüyündə onlarla qanunsuz fəaliyyət göstərən şirkətlər istədiyini edir. Büdcədən yayınır, DSMF ödəmir, istədiyi məhsulu gətirir və sairə...

Bizimxeber.az-ın araşdırmalarına görə, belə şirkətlərin qanunsuz fəaliyyəti zamanı onların illik dövlət budcəsinə ziyanı 100 min manatlardan artıqdır. Təsəvvur edirsinizmi ki, 100-lərlə şirkət gömrükdə bu qaydada işləyir və vergidən yayınır. Bu qədər qanunsuz şirkət vergi, DSMF ödəməsindən yayınırsa o zaman bundan ziyan çəkən dövlət büdcəsidir, xeyir qazanan işbazlar və rəsmi dövlət məmurlarıdır.

Bu faktları araşdırdırdıqca milyonların neçə dövlətdən gizlədilməsinin şahidi olmaq olar. Təbii ki, bu faktlar barədə mərhələli olaraq araşdırma yazıları təqdim edəcəyik.

Digər maraqlı fakt isə qanunsuz fəaliyyət göstərən şirkətlərin daha böyük şirkətlərin necə ovuna çevrilmələridir. Daha doğrusu, böyük şirkətlər bir qədər kiçik qanunsuz şirkətlərdən əməlli başlı yararlanır. 

Məsələn, şirkətə lazım olmayan məhsulun ölkəyə gətirilməsi, EDV- dən azad olunmuş mallardan vergi yararlanması və sairə. Bu fakt barədə yaxın günlərdə daha ətraflı məlumat verəcəyik.

Təsəvvür edirsinizmi ki, qanunsuz fəaliyyət gəstərən şirkətlərdən kimlər necə yararlanır. Bu yollarla onlar öz budcələrini necə doldururlar? Hələlik maraqlı olan budur ki, Bakı və Sumqayıt gömrük idarələri rəhbərlərinin gözü qarşısında qanunsuz fəaliyyət göstərən şirkətlərin açıq şəkildə fəaliyyəti göstərir və buna göz yumulur...  Onların dövlət budcəsinə vurduğu ziyan niyə araşdırılmır? Qanuni fəaliyyət göstərən şirkətlər dövlətə qanuni vergi verdiyi, dğvlətin inkişafı naminə çalışdıqları halda qanunsuz fəaliyyət göstərən şirkətlərin vergi və DSMF sənədləşməsindən xəbəri belə yoxdur. Bu qanunun hansı tələbidir? Belə şirkətlərin fəaliyyətinin kimlərə xeyir verdiyi bəllidir. Qazanan bu məmurlardır, itirən dövlət büdcəsi. 

Araşdırmalar göstərir ki, qidiyyatı qurumların baş verənlərdən xəbəri var, sadəcə araşdırmırlar...  

İqtisadiyyat naziri, dövlətə sadiqliyi ilə böyük etimad almış Mikayıl Cabbarov bu faktları araşdırmaya götürməlidir. Gömrük Komitəsi sədri Səfər Mehdiyev nə qədər gec deyil bir daha Gömrük sisteminə bir zəhmət yenidən nəzər salmalıdır.

Hər halda redaksiyaya daxil olan məlumatdan aydın görünür ki, adı olub rəsmi fəaliyyəti olmayan "şirkətlərin" malları vergi ödəməsindən keçimir, işçisi yoxdur, DSMF-yə bir manat da ödəniş etmir, amma rəsmiləşdirilir. Bu isə dövlət büdcəsinə 100 min manatlarla ziyan vurma deməkdir.

Yəqin ki, bu faktlar barədə Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədovda xəbərsiz deyil. Bütün faktlar incəliyinə qədər araşdırmalıdır, dövlət büdcəsinə 100 min ziyan vuran qanunsuz şirkətlərin fəaliyyətinə son qoyulmalıdır.

Ölkə iqtisadiyyatının güclənməsi vergi daxilolmaları ilə yanaşı, gömrük rəsmiləşdirməsinin qanuniliyi və monopoliyanın tamam aradan qaldırılmasından keçir. Əgər qurumların birində rüşvət və ya qanunsuzluq halı varsa o zaman dayanıqlı iqtisadiyyatdan və güclü dövlətin qurulmasından söhbət gedə bilməz.

Bizimxeber.az-ın araşdırmaları zamanı qanunsuz fəaliyyət göstərən onlarla şirkətin adı və fəaliyyəti aydınlaşıb. Kiçik araşdırmalardan sonra onların adları qeyd olunacaq.

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84