“Qanuni oğru” mübahisə yaratdı – Təyyarənin uçuşu dayandırıldı

14:35 - 04 Yanvar
    940 oxunma

Lavasoğlu ləqəbi ilə tanınan gürcü “qanuni oğru” Mindiya Goradze Ukraynada saxlanılıb. Bizimxeber.az bildirir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Məlumata görə, Goradze yanvarın 3-də təyyarə ilə Minskdən (Belarus) Odessaya gəlib. Yanında heç bir sənəd olmayıb. Bu səbəbdən Dövlət Sərhəd Xidmətinin əməkdaşları onun Ukrayna ərazisinə girişinə icazə verməyib, Belarusa geri qaytarılması qərarı veriblər. 

Lavasoğlunun Minsk təyyarəsinə minməsindən dərhal sonra asayişi pozmağa və özünə bədən xəsarəti yetirməklə hədələməyə başladığı iddia edilir. Təyyarə ekipajının rəhbəri Goradzeni aparmaqdan imtina edib, bundan sonra o, təyyarədən çıxarılıb və Odessa hava limanına aparılıb.

Məlumata görə, növbəti Odessa-Minsk reysi yanvarın 4-nə planlaşdırılıb. “Qanuni oğru” onu Belarusa deportasiya etmək üçün cəhd olunacağı təqdirdə damarlarını doğrayacağını bildirib. “Mtavari” telekanalına verdiyi açıqlamada, vəkili müvəkkili Goradzenin Odessada saxlanılması barədə məlumatının olmadığını söyləyib.

Lavasoğlunun Belarusda 40 günlük ekstradisiya həbsinin ötən il avqustun 3-də başa çatıb, lakin bundan sonra Gürcüstana ekstradisiya edilməyib. Keçən ilin iyun ayına qədər gürcü “qanuni oğru” Türkiyədə həbsdə olub. Lavasoğlu həbsdən çıxdıqdan sonra Kiyevə uçub, ancaq Belarus sərhədçiləri Gürcüstan Daxili İşlər Nazirliyinin beynəlxalq axtarışda olduğu xəbərdarlığından sonra sərhəd nəzarətindən keçərkən onu saxlayıblar.

Kutaisi məhkəməsi 2018-ci ilin iyul ayında qiyabi olaraq Mindiya Gorazde barəsində həbs qərarı verib. O, “qəsb etmə”, habelə “jurnalistlərin peşə fəaliyyətlərinə qanunsuz maneçilik törətmək” və s. maddələri ilə təqsirli bilinib. 12 il həbs cəzasına məhkum edilib və İnterpol vasitəsi ilə Gürcüstan hakimiyyəti tərəfindən axtarışa verilib.

Kutaisi məhkəməsi Goradzenin 2013-cü ildə “qanuni oğru” adını aldığını, bundan sonra da mütəşəkkil kriminal qrupa rəhbərlik etdiyini təsbit edib.

2014-2015-ci illərdə Goradze Gürcüstanda kriminal aləmdəki vəziyyət barədə vaxtaşırı məlumat aldığı, onlara təlimat verdiyi və eyni zamanda “oğruların ümumi fondu” ilə bağlı qərar qəbul etdiyi iddia edilib. Bundan əlavə istintaq 2015-ci ildə Lavasoğlunun “Rustavi-2” telekanalının əməkdaşını axtardığını və jurnalisti təhdid etdiyini açıqlayıb. Habelə ayrı-ayrı vaxtlarda sahibkarlar arasındakı “mübahisələri” də həll edib.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84