Qan xərçəngindən əziyyət çəkən 3 yaşlı Musanı yaşadaq! -FOTO

18:38 - 08 May
    1380 oxunma

Erkən yaşda həyatın sərt üzünü görən 3 yaşlı Musa Yunuslu qan xərçəngindən əziyyət çəkir. Körpənin müalicəsi xeyirxah insanların dəstəyi ilə ixtisaslaşmış Belarus Uşaq Onkologiyası, Hematologiya və İmmunologiya üzrə Respublika Elmi-Praktik Mərkəzində davam etdirilir. 

Musanın atası Araz Yunusovun sözlərinə görə, hazırda Musa kimyaterapiya kursları və qan köçürülmələri almaqdadır: “Övladım üçün maddi dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Səhhətinin yaxşılaşması üçün Musanı uzun yol gözləsə də, həkimlər övladımın tam sağala biləcəyini deyirlər”.

Araz Yunusov qeyd edib ki, xəstəlik aşkarlananda keçirilən yardım aksiyaları zamanı yığılan 17 min dollar vəsaitlə Belarusa üz tutublar, hazırda dünyada koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi hökm sürdüyündən qohum-əqrəbanın yardım imkanları da məhdudlaşıb:

“Toplanan vəsaitlə Musanın kimya terapiyası üçün birinci və ikinci protokul üzrə müalicə aparılıb. Hazırda əlimizdəki pul bitmək üzrədir. Həkimlər deyirlər ki, müalicə periodunda hər şey yolunda gedərsə Musanın müalicəsi üçün 50 min dollar vəsaitə ehtiyac var.

Bu müqəddəs Ramazan ayında xeyirxah və imkanlı şəxslərdən övladımın müalicəsini davam etdirməyimiz üçün yardım etmələrini xahiş edirik. Musadan başqa 11 və 9 yaşlı iki qızım var. Qızlarım anamgillə birgə Azərbaycanda qalıb, həyat yoldaşımla Musanın müalicəsi üçün biz Belarusa gəlmişik, ailəmizin əlavə gəlir mənbəyi yoxdur. Xeyirxah insanlardan ailəmizin bu çətin vaxtında bizə kömək əlini əsirgəməməsini rica edirik”.

Kəskin limfoblastik leykemiyadan əziyyət çəkən Musanın sağalması üçün ailə imkanlı şəxslərdən yardım göstərməsini xahiş edir. Ümid edirik ki, Musa tezliklə sağalacaq, ailəsini, onu sevənləri sevindirəcək.

 

Yalnız WatsApp +994703489599

Zəng üçün +375295196619

Kapital bank yunusov araz adina hesab nomresi 4169 7413 0447 0188

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84