Putinlə Makron Qarabağdakı vəziyyətdən danışdılar

22:14 - 20 Oktyabr
    1720 oxunma

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makronun telefon danışığı olub. Prezidentlər Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər. 

Putin fransalı həmkarını hərbi əməliyyatların eskalasiyasının qarşısını alınması və problemin siyasi-diplomatik yolla tənzimlənməsi üçün danışıqların tezliklə bərpası ilə bağlı atılan addımlar barədə məlumatlandırıb.

Həmçinin, 10 və 17 oktyabr tarixlərində humanitar atəşkəslə bağlı əldə olunmuş razılaşmaya əməl edilməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, Rusiya və Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi, eləcə də BMT Təhlükəsizlik Şurasının xətti ilə sıx koordinasiyanın davam etdirilməsinə hazırdır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84