Putinlə görüşən erməni sərkərdə Şuşada məhv edilib

14:57 - 23 Fevral
    5840 oxunma


Loading...

Ermənistan ordusunun sonuncu Qarabağ müharibəsində verdiyi itkilər arasında yüksək rütbəli zabitlər də az deyil.

Bizimxeber.az xəbər verir ki, məhv edilən zabitlər arasında xüsusən, polkovnik Ovannes Avaqyan diqqət çəkir.

Vazgen Sarkisyan adına Universiteti bitirikdən sonra Avaqyan Qarabağın o zamanlar işğal altında olan Suqovuşan (Madagis) qəsəbəsində  xidmət edir və 5 il ərzində təmas xəttində Ordumuza qarşı təxribatların təşkilində fəallıq göstərir.

Rəsmi Yerevanın general rütbəsinə hazırladığı Avaqyan Moskvada Frunze adına Hərbi Akademiyada oxuyur.

2019-c ildə Akademiyadan məzun olan zaman erməni zabiti Putin şəxsən təbrik edir.

Bundan sonra, Avaqyan Vazgen Sarkisyan adına Hərbi Universitetin rəis müavini, 2020-ci ilin yayında isə qondarma Qarabağ respublikasının müdafiə nazirinin müavini postuna təyinat alır.

Sentyabrın 27-də hərbi əməliyyatlar başlayandan sonra Ovannes Avaqyan Suqovuşanın uğursuz müdafiəsini təşkil edir. Burada məğlub olduqdan sonra isə Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində döyüşlərə qatılır. Erməni polkovniki bütün istiqamətlərdə məğlubiyyət gözləyirdi.

Noybarın 7-də Şuşa istiqamətinə göndərilən Ovannes Avaqyan öz dəstəsi ilə birlikdə məhv edilir.

Modern.az-ın yazdığına görə, Ermənistan rəhbərliyi ən təcrübəli zabitlərindən birinin ölümünü uzun müddət gizlətsə də, yerli jurnalistlər bu faktı ictimailəşdirib.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84