Putinlə Baydenin telefon danışığı oldu
-
8560 oxunma
.jpg)
Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmakrı Co Baydenlə telefon danışığı olub.
Bizimxeber.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin ABŞ Prezidenti kimi fəaliyyətə başlayan baydeni təbrik edib. Rusiyalı lider qeyd edib ki, Rusiya və ABŞ arasında əlaqələrin normallaşması dünyada təhlükəsizlik və sabitliyin dəstəklənməsində xüsusi məsuliyyət daşıdıqlarını nəzərə alaraq həm hər iki ölkənin, həm də dolayı yolla beynəlxalq ictimaiyyətin maraqlarına cavab verəcək.
Telefon danışığı zamanı ticarət-iqtisadi sahələr daxil olmaqla koronavirus pandemiyası kimi kəskin problemlə mübarizədə əməkdaşlıq imkanları müzakirə edilib. Bundan başqa, ikitərəfli və beynəlxalq gündəmin aktual məsələlərinə də toxunulub.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84