. .

Putinin gizli sualtı qayıqları...  İngiltərə qorxu içində 

15:48 - 09 Aprel
    17563 oxunma

İngiltərənin The Sun qəzeti Rusiya prezidenti Vladimir Putinin gizli şimal donanması haqqında material hazırlayıb. 

Bizimxeber.az bildirir ki, məqalədə Rusiyanın İngiltərə iqtisadiyyatının bağlı olduğu sualtı rabitəsini kəsə və ya tamamilə məhv edə bilən gizli sualtı qayıqlarının varlığı barədə məlumat verilir. "Ən kiçik ziyan böyük dağıntıya səbəb ola bilər"- deyə qəzet yazıb.

Məqaldə qeyd olunur ki, Rusiya okeanın dibində gözədəyməz hərəkət etmək üçün hazırlanmış kiçik sualtı qayıqları gizlədən nəhəng bir flaqman sualtı qayığına sahibdir. Bu qayıqların sualtı kabellərin işini pozmaq üçün hazırlanmış xüsusi manipulyatorlarla təchiz olunduğu iddia edilir.

Xatırladaq ki, İngiltərəni dünya ilə birləşdirən dənizaltı rabitə sistemi mövcuddur və İngilis internet trafikinin 97 faizi bu kabellərdən qidalanır. Bu səbəbdən bu kabellərin məhv edilməsi, İngiltərə iqtisadiyyatı üçün fəlakət ola bilər.

İngilislər iddia edir ki, Rus ordusunda sualtı kabelləri kəsmək üçün kifayət qədər hazırlıqlı mütəxəsisslər var.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84