“Putinin çağırışını nəzərə alıb görüşə getmək o demək deyil ki...” - Politoloq

12:53 - 09 Oktyabr
    990 oxunma

Dünən İsveçrənin Cenevrə şəhərində Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb. Bu gün isə Rusiyanın təşəbbüsü ilə paytaxt Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparılacaq.

Azərbaycan Xarici İşlər Nazirliyi artıq nazir Ceyhun Bayramovun Moskvaya işgüzar səfər edəcəyinə dair açıqlama yayıb. Kremlin saytında yerləşdirilən başqa bir məlumatdan isə belə aydın olur ki, Rusiya Prezidenti Vladimir Putin Bakı və Yerevanı əsirlərin, o cümlədən həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına çağırış edib.

Mövcud vəziyyəti Yenisabah.az-a şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, bu cür danışıqlardan heç bir müsbət gözlənti ola bilməz. Çünki müharibə gedir və itkilər var: “Biz bütün  Dağlıq Qarabağ rayonlarını azad etmək uğrunda vuruşuruq. Bu, fatiki olaraq Vətən Müharibəsidir. Moskva bu görüşü təşkil etmək fikrindədir, lakin mən əmin deyiləm ki, orada hansısa genişmiqyaslı nəticə olsun. Döyüşlərin dayandırılması üçün ilk əvvəl müəyyən şərait olmalıdır. Amma indiki fonda hansısa görüşün nəticəsini müsbət qiymətləndirə bilmərəm. Hər halda Azərbaycanın mövqeyi bildiriləcək”.

Siyasi şərhçi mövqeyimizin kifayət qədər qəti və prinsipial olduğunu diqqətə çatdırıb:

“Torpaqlar azad olunmalıdır. Əgər kimsə bu müharibənin dayandırılmasında maraqlıdırsa, onda Ermənistana təzyiq etməlidir. Ermənistan qrafik tərtib etməli, beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələr çərçivəsində Azərbaycanın torpaqlarını tərk etməlidir. Biz artıq bir şey istəmirik, kimsənin torpağına göz dikməmişik. Əksinə, bizim torpağımıza göz dikiblər.

Qoşunlarını çəkib, torpağımızı qaytarsınlar, məsələ həll olunsun. Mən düşünürəm ki, bu kontekstdə bizim nazirimiz orada danışıqlar aparacaq, amma hansısa razılığın əldə olunacağını düşünmürəm. Hər halda hələlik biz Rusiya Prezidentinin çağırışını nəzərə alaraq buna gedirik. Amma bu, heç də o demək deyil ki, biz hansısa şərtlərə hazırıq və kiminsə tələblərini yerinə yetirəcəyik. Bu mövqeyimizi dövlət başçımış açıq şəkildə deyib”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84