Putinə sual verən BBC jurnalistinə sərt cavab

11:45 - 18 Dekabr
    1330 oxunma

Senator Aleksey Puşkov Twitterdəki mikrobloqunda BBC jurnalistini yeni Soyuq Müharibənin günahkarları ilə bağlı illik mətbuat konfransı zamanı Rusiya Prezidenti Vladimir Putinə verdiyi suala görə sərt cavab verib. 

Senator keçən əsrin sonlarından bəri Şimali Atlantika Blokunun Rusiya ərazilərinə doğru genişləndiyini xatırladıb.

"1997-ci ildən etibarən NATO Rusiyanın sərhədlərinə yaxın genişlənməyə başladı, ordusunu Baltikyanı ölkələrdə və Polşada yerləşdirdi, Rumıniyada raketdən müdafiə bazası qurdu və gəmilərini Qara və Baltik dənizlərinə göndərdi. Sonra da BBC yeni Soyuq Müharibədə kimin günahkar olduğuna dair suallar verir..." - Puşkov yazıb.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84