Putinə inam azalıb – “Levada” mərkəzi

17:59 - 06 Fevral
    11760 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Bu il yanvarın sonu, fevralın əvvəlində Rusiyada prezident Vladimir Putinə inananların sayı ötən ilin payızı ilə müqayisədə azalaraq 29%-ə düşüb. Bunu “Levada” mərkəzinin keçirdiyi yeni sorğunun nəticələri göstərib.

Sorğu yanvarın 29-dan fevralın 2-dək Rusiyanın bir sıra şəhər və kəndlərində, ümumilikdə 137 yaşayış məntəqəsində keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 1616 nəfər iştirak edib. “Levada”nın əməkdaşları respondentlərlə onların evlərində görüşüblər. Sorğu fərdi müsahibələr üsulunda aparılıb.

“Levada”nın 2020-ci ilin oktyabr ayında keçirdiyi sorğuda respondentlərin 34%-i Rusiya prezidentinə inandığını söyləmişdi. 2020-ci ilin iyul ayında isə Putinə inananların sayı 23% olmuşdu. Göründüyü kimi, Putinə inam arada artıb-azalır. Amma “Levada” bildirir ki, ümumiyyətlə son iki ildə əvvəlki dövrlərlə müqayisədə Putinə inananların sayı azdır.

“Levada”nın keçirdiyi sorğularda Rusiya prezidentinə inam ən yüksək həddə 2015-ci ildə olub – 80%.

2017-ci ildə bu göstərici 59%-ə düşüb. Sonrakı illərin göstəriciləri bundan aşağıdır. Amma Rusiyada Putinə inananların sayı hələ də ölkənin başqa siyasətçilərinə inananların sayından çoxdur. Məsələn, 2021-ci il yanvarın 29-dan fevralın 2-dək keçirilən son sorğuda baş nazir Mixail Mişustinə respondentlərin 12%-i, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə 10%-i inandığını söyləyib.

Sonrakı yerlərdə müdafiə naziri Sergey Şoyqu (8%), xarici işlər naziri Sergey Lavrov (7%), hazırda həbsdə olan müxalif lider Aleksey Navalnı (5%), Kommunist Partiyasının sədri Gennadi Züqanov (4%) və başqaları gəlir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84