Putindən göstəriş: Zənginlər üçün vergilər artırılsın

23:14 - 23 İyun
    2470 oxunma

Rusiya Prezidenti Vladimir Putin yüksək gəlirli zəngin ödəyicilərə dərəcənin artırılması hesabına fiziki şəxslərin gəlir vergisini (fərdi mənfəət vergisi) artırmağı tapşırıb. 

Bizimxeber.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bu gün canlı yayımda rusiyalılara müraciətində bildirib.

Dövlət başçısının sözlərinə görə, bu cür ödəyicilərə vergi dərəcəsi indiki 13 faiz əvəzinə 15 faiz təşkil edəcək. Eyni zamanda, yüksək faiz dərəcəsi yalnız ildə beş milyon rubldan çox olan gəlirin məbləğinə görə tətbiq olunacaq.

Alınan vəsaitlər  yetim və nadir xəstəliklərə düçar olan uşaqların müalicəsinə yönəldiləcək. Hazırda belə uşaqların ailələri büdcədənkənar mənbələrdən, o cümlədən xeyriyyə fondlarından vəsait toplamaq məcburiyyətində qalırlar.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84