Putin rejiminin sonu yaxınlaşır... - Zərdüşt Əlizadənin şərhi
-
3240 oxunma
SİZİN REKLAM YERİNİZ - ok
.jpg)
"Putin rejiminin sonu yaxınlaşır”. Bunu açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq hesab edir ki, bir azdan Rusiyada həbslər başlayacaq: "Hələlik Rusiyada hakimiyyət güclüdür. Cəmiyyət dağılır və zəifləyir.
Ayrı-ayrı insan dəstələrinin cəsarətli etiraza qalxması o deməkdir ki, cəmiyyət amansız, ədalətsiz quruluşdan imtina etməyə hazırdır. Hələlik Navalnı həbsxanada, hakimiyyət isə etiraz dalğasını yatırdır. Bir azdan həbslər başlayacaq. Fəalları bir-bir üzə çıxarıb həbs edəcəklər. Onlara qondarma ittihamlarla ağır həbs cəzaları veriləcək. Və bu hərakatı da yatıracaq. Amma bu o demək deyil ki, Putun quruluşu möhkəm və uzun ömürlüdür. Xeyr, bu, belə deyil”.
Zərdüşt Əlizadə qeyd edib ki, indiki Rusiya 1990-1991-ci illərin Azərbaycanını xatırladır:
"Cəmiyyətin verdiyi suallara cavab tapılmır, böhran dərinləşir və get-gedə Putin rejiminin sonu yaxınlaşır. Amma bu bir ildən, yaxud da iki ildən sonra başa verəcəkmi? Onu demək çətindir. Hər halda əsla bu rejim cevik və ağıllı deyil, yalnız və yalnız zora və yalana söykənir”. /qaynar/
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84