Putin: Qarabağda mənafelər balansını tapmaq lazımdır ki...

00:26 - 30 Oktyabr
    2000 oxunma

Hər iki tərəfi – həm bizim həmişə hörmətlə yanaşdığımız Azərbaycan xalqını, həm də erməni xalqını və Ermənistan dövlətini qane edən, onların maraqları nəzərə alınan mənafelər balansını tapmaq lazımdır ki, insanlar özlərini təhlükəsiz hiss etsinlər, lakin, eyni zamanda, həm Azərbaycanın, həm də Ermənistanın, elə insanların kifayət qədər sadə yaşadığı Dağlıq Qarabağın özünün də səmərəli inkişafının əsasını təşkil edən bütün infrastruktur imkanları bərpa olunsun və inkişaf etdirilsin.

Bu halda bizim bugünkü diskussiyanın iştirakçılarının çoxu həmin ərazilərin inkişafında iştirak etmək, orada sərmayə qoymaq imkanı əldə edərdi – hər iki ölkənin insanları çox istedadlı, çox qabiliyyətlidir. Artıq 30 ilə yaxın davam edən bu münaqişə hər iki tərəfin səmərəli inkişafına imkan vermir. Bunu Rusiya Prezidenti Vladimir Putin “VTB Kapitala” “Rossiya zovyot!” İnvestisiya Forumunun iclasında söyləyib.

Rusiya lideri vurğulayıb ki, birinci mərhələdə döyüş əməliyyatlarını dayandırmaq lazımdır. V.Putin sonda deyib: “İnsanların həlak olmasına son qoymaq, danışıqlar masası arxasına keçmək və Minsk qrupu tərəfindən, onun həmsədrləri – Rusiya, ABŞ, Fransa tərəfindən ifadə edilmiş təkliflər əsasında həmin Minsk qrupunun digər üzvlərinin, - orada çox ölkə var, Türkiyə, bəzi Avropa dövlətləri, - iştirakı ilə konsensus və mənafelər balansını tapmaq lazımdır. Bunu etmək olar”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84