Putin Qarabağ haqqında danışdı

22:29 - 22 Oktyabr
    3460 oxunma

Qarabağda darmadağın olan Ermənistan Rusiyanın dəstəyinə çox güvənirdi. Şimal dövlətinin döyüşlərə laqeyd yanaşması erməniləri çox sarsıdıb.

Bizimxeber.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Qarabağ haqqında danışıb. Qonşu dövlətin rəhbəri həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlərin saxlanılmasında maraqlı olduğunu deyib. Onun sözlərinə görə, heç bir tərəfin etibarını itirmək olmaz: “Hər iki ölkə bərabərhüquqlu tərəfdaşdır”.

Rusiya prezidenti etiraf edib ki, gün ərzində bir neçə dəfə Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışır. Onlar söhbət zamanı problemin həlli üçün yolları müzakirə edirlər. Putin deyib ki, Rusiya qədər döyüşlərin dayandırılmasını istəyən yoxdur.

Oktyabrın əvvəllərində Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Kollektiv Təklükəsizlik Müqaviləsi Təşkilatına görə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu demişdi. Amma bu öhdəliklər Dağlıq Qarabağ məsələsinə aid deyil. Çünki döyüşlər Ermənistan ərazisində getmir.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84