.
.

Putin Paşinyanı Moskvaya çağırdı - Peskov təsdiqlədi

13:59 - 02 Aprel
    10920 oxunma


Aprelin 7-də Ermənistan baş naziri  Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında Moskvada görüş keçiriləcək. Bizimxeber.az Ria.ru portalına istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında deyib. Onun sözlərinə görüş zamanı Ermənistandakı seçkilərlə bağlı razılaşmaların həyata keçirilməsi müzakirə ediləcək. 

"Bəli, təsdiq edə bilərəm. Həqiqətən də Ermənistanın baş naziri Paşinyanın Moskvaya işgüzar səfəri aprelin 7-nə planlaşdırılıb. Prezident Putinlə danışıqlar aparacaq. Bilirsiniz ki, Rusiya ilə Ermənistan arasında ən yüksək səviyyədə çox fəal dialoq gedir. Qarabağdakı hərbi əməliyyatlara son qoyan üçtərəfli razılaşmaların və üçtərəfli sənədin həyata keçirilməsinin gedişatı müzakirə ediləcək "deyə Peskov bildirib.

Prezidentin mətbuat katibinin sözlərinə görə, Cənubi Qafqazın nəqliyyat infrastrukturunun blokdan çıxarılması, indi Ermənistanda başlayan seçki prosesi və Rusiya-Ermənistan əməkdaşlığının digər aktual məsələləri barədə fikir mübadiləsi aparılacaq .

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84