Putin Navalnını neçə il həbsdə saxlayacaq?- Blumberq açıqladı

14:00 - 22 Yanvar
    5040 oxunma


Loading...

Aleksey Navalnının 13,5 il həbs cəzası alacağı ehtimalı yüksəkdir. Bu barədə "Bloomberg” Rusiya Federasiyası prezident administrasiyasına yaxın mənbələrə istinadən yazıb. Agentliyin məlumatına görə, 2 fevralda məhkəmə müxalifətçiyə 3,5 il həbs cəzası verəcək və daha sonra başqa bir iş üzrə ona on il əlavə ediləcək.

Dekabr ayında Navalnı FBK-ya (Rusiyada xarici agent kimi tanınan) bağışlarla bağlı xüsusilə böyük həcmdə saxtakarlıq iddiasıyla ittiham edilib. Bu maddəyə görə, siyasətçini on il həbs gözləyir. Nəşr ayrıca Moskvanın Navalnının qayıdacağına ümid bəsləmədiyini və belə bir qərar verdikdə "müdafiə mövqeyi" aldıqlarını da qeyd edib.

"Bloomberg” xəbər verir ki, Kreml payızda Dövlət Dumasına seçkilər ərəfəsində cəmiyyətdə gərginliyin artmasını istəmir. 

Xatırladaq ki, Almaniyada müalicədən sonra Navalnı Rusiyaya qayıdıb və dərhal nəzarətə alınıb. FSIN siyasətçinin "İv Roşe” işində şərti cəza qaydalarını pozduğunu bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84