.
.

Putin İbrahim Rəisini təbrik etdi

17:48 - 19 İyun
    1600 oxunma


Rusiya Prezidenti Vladimir Putin İranda məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisini prezident seçkilərində qələbə münasibətilə təbrik edib. 

Bizimxeber.az, “RİA Novosti”yə isitnadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Tehrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov təsdiqləyib. “Təbrik məktubu göndərilməsini təsdiq edirik”, - deyə Suslov qeyd edib.

İranın Moskvadakı səfirliyindən isə bildirilən məlumata görə, Putin Rəisini təbrik edərək, müxtəlif sahələrdə ikitərəfli konstruktiv əməkdaşlığın, habelə beynəlxalq məsələlərdə qarşılıqlı əlaqələrin gələcək inkişafına ümidvar olduğunu və bunun hər iki ölkənin mənafeyinə uyğun gəldiyini bildirib.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84